CəmiyyətPlanet

Ehtiyatlı olun: Davam edən maqnit qasırğasının təhlükələri açıqlandı

 

“Yer kürəsində güclü maqnit qasırğası üçüncü gündür, davam edir, onun təhlükə səviyyəsi son sutka ərzində azalmayıb”.

Bu barədə Rusiyanın akademik Y.K.Fedorov adına Tətbiqi Geofizika İnstitutunun məlumatında deyilir.

Kosmik havanın monitorinqi məlumatlarına əsasən, Yerin maqnit sahəsinin pozulma dərəcəsi G3 səviyyəsində (beş indikator miqyasında güclü: G5 – çox güclü, G-1 – zəif) qalmaqda davam edir.

G3 səviyyəsində – Yer kürəsində rabitəylə bağlı problemlərlə yanaşı, enerji sistemlərinin təhlükəsizlik sistemlərində yanlış həyəcan siqnalları qeydə alına bilər, yağ transformatorları “qaynaya bilər”.

Həmçinin G3 səviyyəsində isə orta enliklərdə qütb parıltıları müşahidə edilə bilər.

Qeyd edək ki, maqnit qasırğaları meteohəssas insanların səhhətinə mənfi təsir göstərir. Bunun təsirini yaşlılar, hamilə qadınlar, eləcə də xroniki xəstəliyi olanlar daha çox hiss edirlər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir şəxsin bank kartından 50 min oğurlandı – DİN-dən çağırış

redaktor

Seymur Baycan: “İnsan yüngüldürsə, yaşı artdıqca daha da yüngülləşir”

redaktor

Şəhid qardaşıoğlundan danışan Mənsum İbrahimov: “Toyuna hazırlaşırdıq” – VİDEO

redaktor