Siyasət

Ararat Mirzoyan: “Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır”

 

“Ermənistan bütün kommunikasiya əlaqələrini açmağa hazırdır”.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin “Əl Qahirə nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında müzakirələrin fərqli komponentləri var: “Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir”.

Nazirin sözlərinə görə, kommunikasiya məsələsində mövqelər üst-üstə düşür.

“2020-ci ildə baş vermiş müharibədən sonra sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar davam edir”, – A.Mirzoyan söyləyib.

 

Oxşar xəbərlər

AXCP sədrinin həbsdə olan mühafizəçisinə 7 ay geyim məhdudiyyəti qoyulması qanunidirmi?

admin

Tramp qeyri-qanuni mühacirlərin qarşısını almaq üçün Meksika ilə sərhəd divarının qara rəngə boyanmasını əmr edib

redaktor

Danimarkalı deputat Trampa “bir neçə ştatı almaq” hədəsi ilə cavab verib

redaktor