23 C
Bakı
24 İyun 2025 11:54
Siyasət

Ararat Mirzoyan: “Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır”

 

“Ermənistan bütün kommunikasiya əlaqələrini açmağa hazırdır”.

Tacxeber.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin “Əl Qahirə nuys” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında müzakirələrin fərqli komponentləri var: “Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir”.

Nazirin sözlərinə görə, kommunikasiya məsələsində mövqelər üst-üstə düşür.

“2020-ci ildə baş vermiş müharibədən sonra sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar davam edir”, – A.Mirzoyan söyləyib.

 

Oxşar xəbərlər

Nensi Pelosinin timsah göz yaşları – VİDEO

redaktor

Görünür “Pautina” əməliyyatından sonra Ukraynaya münasibətlər dəyişib

admin

Ərindən boşansa da onun soyadını daşıyan güclü siyasətçi  – Angela Merkel haqqında bilmədiklərimiz

redaktor