18 C
Bakı
01 Aprel 2026 17:22
Hadisə

Qəbiristanlıqdan qayıdan şəxsin qarşısını kəsdilər, qəfil öldü

 

Neftçala rayonunda qəbiristanlıqdan qayıdan şəxs qəfil vəfat edib.

Tacxeber.com xəbər verir ki, hadisə rayonun Mirzəqurbanlı kəndində baş verib.

Kənd sakini Bilal Quliyev bayramla əlaqədar qəbiristanlığa gedərək həyat yoldaşının məzarını ziyarət edib. Geri qayıdarkən həmkəndlisi Ramiz Mustafayev onun qarşısını kəsib və barmağındakı üzüyü verməsini tələb edib. Bundan sonra B.Quliyev isterik şok vəziyyətində rayon xəstəxanasına müraciət edib. O, həmkəndlisi R.Mustafayevin ağacla ona zərbələr endirdiyini bildirib. Lakin müayinə zamanı B.Quliyevin bədənində xəsarət izləri aşkar edilməyib.

Xəstəxanadan evə qayıdan şəxs gecə saatlarında qəfil vəfat edib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törədən Ramiz Mustafayevin ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

“MEGACITY”də FACİƏ: 4 yaşlı uşaq hovuzda boğuldu

redaktor

Bakıda “Maşın bazarı”nda kütləvi dava – VİDEO

redaktor

Quranın yandırılmasına görə İsveç səfirliyinə hücum edildi

redaktor