Dünya

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etdi

 

Martın 20-də Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı (Aİ) da İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Tacxeber.com Aİ-nin yaydığı bəyanata istinadla xəbər verir ki, sanksiya İranın 8 fiziki şəxsinə, hakimlər və parlament üzvlərinə qarşı tətbiq edilib.

Bəyanatda deyilir ki, İranda keçirilən kütləvi aksiya iştirakçılarının ölüm hökmünə məhkum edilməsi insan hüquqlarını kobudcasına pozmaqdır. Hakimlərə və parlament üzvlərinə qarşı sanksiyalar məhz etirazçılara ölüm hökmlərinin çıxarılmasına görə tətbiq edilib.

Aİ İranın 204 fiziki və hüquqi şəxsinə, eləcədə 34 təşkilatına sanksiyalar tətbiq edib. Bu şəxslərin və təşkilatların Aİ-yə daxil olan dövlətlərin banklarındakı maliyyə aktivləri dondurulacaq, onlar İttifaqın üzvü olan dövlətlərin ərazisinə buraxılmayacaqlar.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski amerikalı senatorlar qarşısında çıxışını son anda ləğv etdi.

admin

Bayden: Rusiya ABŞ, NATO və dünya üçün ciddi təhdidə çevrilir

redaktor

“Ermənistanın yaydığı bu məlumatı qəti surətdə təkzib edirik” – MN

redaktor