24 C
Bakı
23 İyun 2025 11:23
İdman

41 yaşlı İbrahimoviç Azərbaycana qarşı oynayacaq?

41 yaşlı İbrahimoviç Azərbaycana qarşı oynayacaq?

 

İsveç millisinə dəvət alan “Milan”ın futbolçusu Zlatan İbrahimoviç bununla bağlı danışıb.

Tacxeber.com“Reuters”ə istinadən xəbər verir ki, 41 yaşlı hücumçu komandasına kömək etməyə hazır olduğunu deyib:

“Əgər özümü yaxşı hiss etsəm və məşqçi mənə şans versə, komandamın qələbəsi üçün mümkün olan hər şeyi etməyə çalışacağam.Mənim yaşımda sən gələcəyi düşünə bilməzsən. Mən keçmiş, indi və gələcək olsam da, bugünkü durum müzakirə olunur.

Oynamaq və performansımla nəticəyə təsir etmək üçün buradayam. Ümid edirəm ki, bunu davam etdirə bilərəm. Hazırda özümü sağlam hiss edirəm”.

İsveç yığması martın 24-də Belçika, martın 27-də isə Azərbaycan millisini qəbul edəcək.

Qeyd edək ki, İbrahimoviç 5 illik fasilədən sonra yenidən milliyə qayıdıb. Təcrübəli forvard sonuncu dəfə millinin heyətində 1 il əvvəl 2022-ci il martın 29-da Polşaya qarşı DÇ-2022-nin seçmə mərhələ görüşündə meydana çıxıb./Qol.az

Tacxeber.com

Oxşar xəbərlər

2022-nin ən yaxşı futbolçusu

redaktor

Qurban Qurbanov Ramosa “elçi düşdü” – “Qarabağ” ulduz futbolçunu gətirir?

redaktor

Qurban Qurbanovla bağlı maraqlı suala – Xabi Alonsonun cavabı

admin