28 C
Bakı
11 Avqust 2025 19:57
Şou

“Papaq atıb yazırlar ki, içinə pul qoyun”

 

“Mən sənətə gələndə nə TikTok, nə instaqram var idi. Bu gün çoxu çıxır deyir efir mənim telefonumdadır. Yanlış bir fikirdir. Efir başqadır. Əlində TikTok-un da olsa, efir başqadır. Bundan sonra 50 il keçəcək, yenə də insanlar yuxudan oyananda televizoru yandıracaqlar”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Səhər mərkəzi” verilişində deyib. Müğənni verilişlərə gəlməyən, sosial şəbəkədə məşhur olan ifaçıları tənqid edib:

“Sosial şəbəkədəkilər də televiziyada olanları yayımlayır. Sosial şəbəkədə mahnını yayımlaya bilərsən”.

Novruz adətlərindən danışan Məhərrəmli papaq atılmasını tənqid edib:

“Əvvəl torba atırdılar. İndi papaq atmaq rahat olub. Ənənəmizdə papaq atmaq olmayıb. İndi də papağa yazırlar ki, xahiş edirəm içinə pul qoyun. Eybi yox, olsun, amma yetər ki, torba atın. Ya da şal atın. Papaq atmayın. Mən pul qoymamışam, çünki sözdən xoşum gəlməyib. Şala da nə istəsən yığmaq olar”.

Tacxeber.com

Oxşar xəbərlər

52 yaşlı Aygün Kazımova dünya trendinə belə qoşuldu – Video

redaktor

Xatirə İslam yarım milyonluq villasını satmaq istəyir, amma… – VİDEO

redaktor

Xatirə rusca yazdı, gülüş yaratdı

redaktor