7 C
Bakı
26 Dekabr 2025 20:04
Dünya

Çeçenistanın QƏRİBƏ ADƏTLƏRİ: niyə ərlə-arvad bir-birini adla çağırmır?

 

Çeçenistan ərazisində mövcud olan çoxsaylı adət-ənənələrdən biri də arvad və ərin bir-birlərini öz adları ilə çağıra bilməməkləridir.

Tacxeber.com lent.az-a istinadən bildirir ki, Çeçenistanda həyat yoldaşını “zuda” (qadın) adlandırmaq hüququ var.

Bunun səbəbinə gəldikdə, onlar düşünürlər ki, adı tez-tez çağırıb, istifadə etdikdə murdarlanır. Çeçenlərin fikrincə, ad diqqətlə qorunmalı olan bir növ şəxsi əmlakdır. Ənənəyə görə, ər və arvad bir-birini nəinki adla çağırmır, hətta ictimai yerlərdə hislərini ifadə etmir, eyni zamanda bir az aralı qalırlar.

Hətta, onlar gün ərzində uzun müddət bir-birlərinin yanında olmamağa çalışırlar. Çünki buna adət-ənənə icazə vermir. Burada ad, ümumiyyətlə, müqəddəs məfhumdur. Onu dəyişdirmək olmaz, əks halda şər qüvvələr birbaşa insanın ruhuna nüfuz edə bilər.

Burada, ümumiyyətlə, nikahla bağlı çox maraqlı qaydalar var. Məsələn, ər heç vaxt atasının yanında arvadı ilə (və əksinə) danışmaz. Və heç bir səbəbə görə o, özü telefonundan arvadına zəng etməməlidir. Bunu, məsələn, bir oğul edə və sonra telefonu atasına verə bilər.

Bundan əlavə, Çeçenistanda heç bir halda qadın ərinin qohumlarının – xüsusən də qayınata və qayınananı adı ilə çağıra bilməz.

Burada yalnız bir seçim var – “ata” və “ana”, başqası yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Putin bu halda nüvədən istifadə edə bilər – Ukrayna

redaktor

“Buna haqqınız yoxdur, gedin müalicə alın” – Təlimçidən psixoloqlara sərt sözlər

redaktor

Rusiya NATO zabitlərinin yerləşdirdiyi binanı vurdu: 15 ölü

admin