19 C
Bakı
27 Oktyabr 2026 17:15
Dünya

Erməni aparıcı casus ittihamı ilə Xankəndidə həbs olundu

 

Azərbaycanın Xankəndi şəhərindəki separatçı rejimdə Seyran Karapetyan adlı aparıcı həbs edilib.

Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, bu məlumatı VETO təşkilatının rəhbəri Narek Malyan yayıb.

Karapetyanın çalışdığı “ictimai radio” onun işdən ayrıldığını açıqlayıb.

Ermənistan mətbuatı isə Karapetyanın “dövlətə xəyanət” maddəsi ilə ittiham edilərək həbs edildiyini yazıb.

Qeyd edək ki, Karapetyan qondarma rejimin “ictimai radiosu”nun rus bölməsinin rəhbəri kimi çalışıb. Sözügedən radio daim Azərbaycana qarşı təxribat məzmunlu məlumatlar yayıb.

Tacxeber.com

Oxşar xəbərlər

İran hicablı azərbaycanlı qızlara təhsil təklif edir, Bakı daxili işlərinə müdaxilədən danışır

admin

İstanbulda Azərbaycana girişi qadağan edilmiş Məhəmməd Əmin Yıldırım saxlanılıb

redaktor

Azərbaycan QHT-ləri Pezeshkianı İranda Azərbaycan dilində təhsili tətbiq etməyə çağırıb

redaktor