19 C
Bakı
26 Sentyabr 2025 19:36
Siyasət

Mirşahin: “Əli Kərimli var idi e: danışan boğaz! Niyə utanıb yerə girmir?”

 

“Ustalıq budur e. Bəxtiyar Hacıyev əhvalatını görün Novellaya necə çevirdilər!? “Bəxtiyar Hacıyevə, kəndinizə, özünüzə qayıdın!” demək istəmir heç kim? “Novella Cəfərovanı rahat buraxın!” deməyin yeri deyil indi. Bunların “Vicdan məhbusu” adlandırdığı şəxsin “Vicdansızlıq məhbusu” olduğunu yenidən gündəliyə gətirmək lazımdır”.

Tacxeber.com-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.

“Hanı qaragüruh ”bəycikləri”,  “gəlincikləri”? Əli Kərimli var idi e: danışan boğaz! Niyə susur? Niyə utanıb yerə girmir? Favoritini niyə unudub? O və onlar idarə etməməlidir informasiya karvanını! Onların quraşdırdığı relslərdən çıxın! Məgər aydın deyil ki, köhnə kampaniyanı yeni kampaniyanın arxasında itirmək istəyir bu kələkbazlar!? Tasrağagünədək “Bəxtiyara azadlıq!” ahıldayanlardan, ofuldayanlardan soruşun: “Daha “Bəxtiyara azadlıq!” lazım deyil sizə? Yoxsa azadlığın qurşaqdan aşağı zərbələrindən məmnun qalmadınız? İnanın mənə: Novella janrına da ona görə keçiblər ki, bəxtiyar sonluqla qurtarmayan erotik hekayələri masadan yığışdırmaq istəyiblər! Üzr istəməyə çağrılmışdılar axı? Hanı??? Nə üzləri var, nə də üzrləri! Görmürsünüz?!” – M.Ağayev qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Qordon: Postsovet ölkələrinin liderləri Əliyevin Rusiya ilə bağlı mövqeyinə baxırlar

redaktor

Trampın ABŞ-ın özünü məhv etmək siyasəti diqqətdən kənarda qalır.

admin

Prezident: Çin ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir!

redaktor