24 C
Bakı
23 İyun 2025 11:23
Dünya

Polşalı nazir mətbuat konfransına silahla gəldi – VİDEO

 

Polşanın Baş prokuroru və ədliyyə naziri Zbiqnev Zebro “Belxatuv” kömür mədənində təşkil olunan mətbuat konfransına belində silahla qatılıb.

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, polşalı nazir sözügedən mədəndə baş verən qəzanın qurbanlarını yad etmək üçün xatirə lövhəsinin önündə əyilərək gül dəstəsi qoyub. Bu zaman külək Zebronun pencəyini qaldırıb və onun belində silah olduğunu görmək mümkün olub.

Kameralara əks olunan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bunun ardınca açıqlama verən nazir silah gəzdirməyə icazəsinin olduğunu bildirib.

Onun sözlərinə görə, illər əvvəl bir cinayət təşkilatının liderinin onu təhdid etməsi səbəbi ilə silah daşımaq icazəsi əldə edib: “Hər vətəndaş kimi özümü və ailəmi qorumaq haqqım var”.

O, daha əvvəlki açıqlamalarında həftə sonları tirdə atəş açdığını da qeyd edib.

Qeyd edək ki, Polşada silah gəzdirməklə bağlı sərt qaydalar mövcuddur və çox az sayda insan ictimaiyyət arasında silah daşımağa icazəyə sahibdir.

Tacxeber.com

 

Oxşar xəbərlər

Ağ Ev Məxfi Xidmət başçısının istefa verdiyini bildirib

admin

Rus ordusu Ermənistan sərhədindən çıxır: Hərbi bazanın ləğvi isə… – Kritik gəlişmə

admin

Ukraynada Trampa məxsus platforma bloklandı

redaktor