17 C
Bakı
25 İyun 2025 03:35
GündəmSağlamlıq

Damarları tutan qidalar – Hər gün yeyirik

Damarlar tutulanda ürək bədənin digər bölgələrinə qan daşıya bilmir. Belə olduqda ürək xəstəlikləri inkişaf edir.

damarlari-tutan-qidalar

 

Ürək-damar sağlamlığını qoruya bilmək üçün bəslənmədə bəzi dəyişikliklər edilməlidir.

Tacxeber.com damar tıxanıqlığına səbəb olan qidaların siyahısını təqdim edir:

Ət

Ət doymuş yağ və xolesterol nisbəti yüksək olan qidadır. Bu səbəbdən də həftədə 2 və ya daha çox miqdarda istehlak edilən yağlı qırmızı ət  damarların tıxanmasına səbəb ola bilər.

Yumurta

Yumurtanın sarısı damarları tıxayan lipoproteinlərlə zəngindir.

Bir yumurtada 5 qram yağ, 186 milli qram xolesterol (tövsiyə edilən miqdarın yarısından çoxu deməkdir) var.

Toyuq dərisi

Toyuğun və ya hind toyuğunun dərisi damarların divarlarındakı yağın miqdarını çoxaldırlar.

Məsələn, toyuğun qanadı ümumiyyətlə dərisi soyulmadan qızardılır. Zərərsiz görünsə də dəridəki kalori və lipoprotein miqdarı yüksəkdir.

Yalnız bir ədəd qızarmış toyuq qanadında 10 qram yağ və 160 kalori var.

Trans yağ

Hər gün yediyimiz yeməklərin çoxunda trans yağlar və ya qismən hidrogenlənmiş əsas yağ turşuları var.  Damar tıxanıqlığının əsas səbəblərindən biri trans yağlardır.

Ümumiyyətlə,  işlənmiş  qidalarda, marqarində, sobadan çıxmış məhsullarda və donmuş qidalarda trans yağlar çoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Yatarkən Bel Ağrıyırsa Nə Etməli? – Gecə Bel Ağrısının Artma Səbəbləri

redaktor

Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI

redaktor

Qurban Qurbanovun oğlu qol sevincini onunla bölüşdü-VİDEO

admin