Kriminal

Bakıda pulemyot satan şəxs tutuldu – FOTO-VİDEO

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən  verilən məlumata görə, keçirilən əməliyyat tədbiri zamanı əvvəllər məhkum olunan Təbriz Qasımov tutularaq istintaqa təqdim edilib. Onun əlində olan sellofan torbaya baxış keçirilən zaman 1 ədəd “RPK” markalı “Kalaşnikov” konstruksiyalı əl pulemyotu, bir ədəd daraq və 24 ədəd patron aşkarlanıb.

Təbriz Qasımov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Naxçıvanda polisin saxladığı şəxs özünü bıçaqlayacağını dedi, həbs edildi.

admin

Sobçak Səfərov qardaşlarının ölümünə görə Rusiya tərəfini QINADI

redaktor

”Sədərək Yüsif”in qardaşı oğlu üzərimə silah çəkib, məndən dövlət məmurlarının əleyhinə danışmağmı tələb etdi” – SENSASİON VİDEO

redaktor