4 C
Bakı
11 Fevral 2026 21:54
Hadisə

Bakıda atışmada Şeyxin bacısı oğlu vurulub? – ŞOK İDDİA

Bakıda atışmada Şeyxin bacısı oğlu vurulub? - ŞOK İDDİA

 

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Sirkinin yanında atışma baş verib.

Atışmada vurulanlardan biri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bacısı oğludur. Qətlin sifarişçisi kimi krimnal avtoritet Nicat Lənkəranski olduğu söylənilir.

İddiaya görə, “brilyant” ləqəbiylə tanınan Nicat Lənkəranski hazırda Türkiyədə yaşayır.

Qeyd edək ki, silahlı insident nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən vurğulanıb ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

QMİ sədrinin qardaşı, millət vəkili Cavanşir Paşazadə ilə əlaqə saxladıq. O açıqlamasında bildirdi:

“Bacım oğlanlarından heç biri silahlı insident zamanı orda olmayıb. Bu xəbər əsassızdır”.

/Sherg.az

Tacxeber.com

Oxşar xəbərlər

Avtobus zolağına görə yazılan cərimələr bu halda silinəcək

admin

Müsəlman Birliyi Hərəkatının 3 üzvü amnistiyadan yararlanıb

admin

Tramp: “Putin bizə çoxlu cəfəngiyat danışır”

admin