Yetişməyən, kal avokadolarınız varsa, onların gec yetişməyini istəyirsinizsə, əsla soyuducuya qoymayın. Otaq temperaturunda, sərin və quru yerdə saxlamaq meyvənin ömrünü uzadacaq.

Sarımsağı soyuducuya əsla qoymayın.Soyuducu sarımsağın tez kiflənməsinə, cücərməsinə, qaralmasına və rezin kimi olmasına səbəb olur.
Qəribə səslənsə də balı soyuducuya qoyanlar çoxdur. Bal təbii olaraq qoruyucu bir qidadır. Soyuducuya qoymaqla baldakı təbii şəkərin kristallaşma müddətini tezləşdirə bilərsiniz. Bu da bala xəmirə oxşar görünüş verir. Bunu da heç kəs yemək istəməz.
Qovunun soyuducuda saxlanmasına ehtiyac yoxdur. Otaq temperaturunda saxlanması təbii antioksidant dəyərinin saxlanmasına səbəb olur. Ancaq qovun dilimlənsə soyuducuda saxlanmalıdır. Mütləq üstü plastik sarğı və ya falqa ilə örtülməlidir.
Sarımsaq kimi, soğanı da soyuducuya qoymaq olmaz. Bu sadəcə kiflənməsinə, cücərməsinə və çürüməsinə səbəb olur. Evinizdə soyulmamış soğan varsa, onları qaranlıq və quru bir yerdə saxlayın. Çünki uzun müddət təzə qalmaq üçün havaya (ancaq soyuq soyuducu havasına deyil) ehtiyac duyarlar. Soyulmuş soğan varsa, bağlı bir qaba qoyun və soyuducuda saxlayın.
Armud haqda bunları mütləq bilməlisiniz. Armud ağacda olduqda tam yetişmir. Otaq temperaturunda yavaş-yavaş tam yetişir. Satın aldığınız armudlar yetkin deyilsə, soyuducuya qoymayın. Soyuq yalnız yetişmə müddətinə mane olacaq və təzəliyini itirəcəkdir. Yetkinləşdikdən sonra, armudlar soyuducuya qoyula bilər, beləcə daha uzun müddət qalar.
