Hadisə

İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb

 

İrandan Azərbaycana 83 kq narkotik keçirməyə çalışan dəstə üzvləri saxlanılıb.

Bu barədə məlumat Daxili İşlər Nazirliyindən (DİN) verilib.

DİN və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıb.

Tədbir zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram marixuana, 14 kiloqam tiryək və metamfetamin aşkar olunub.

Famil Əliyev narkotik maddələri satış məqsədi ilə “Yaşar” adlı İran vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində əvvəlcədən gizlədilən yerdən götürdüklərini bildirib. Bununla da İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə güclü zərbə endirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Tacxeber.com

 

Oxşar xəbərlər

Faytonçu Nazim onu əməliyyat edən həkimdən 50 min manat alıbmış

redaktor

Bu verilişlərə görə televiziya rəhbərləri Prezident Administrasiyasına çağırıldı.

admin

21 həftəlik hamilə qadın evdə abort etmək istədi, ölümdən döndü

redaktor