10 C
Bakı
25 Mart 2026 20:33
Gündəm

Hacı Şahinə səhhətindəki problemin ciddiliyi deyilməyib – Oğlundan açıqlama

Hacı Şahinə səhhətindəki problemin ciddiliyi deyilməyib - Oğlundan açıqlama

 

“Belə bir məlumat yayıldı ki, Hacı Şahin Həsənli səhhətində ciddi problem olmasına baxmayaraq “Baku Medikal Plaza”da yatmaqdan imtina edib və iltizamnamə imzalamaqla xəstəxananı tərk edib. Bildirmək istəyirəm ki, atama səhhətindəki problemin nə dərəcədə ciddi olduğu bildirilməyib. Deyiblər ki, xəstəxanada qala da bilərsən, gedə də bilərsən”.

Tacxeber.comxəbər verir ki, bu sözləri mərhum ilahiyyatçı Hacı Şahinin oğlu Hüseyn Həsənli deyib.

“Bəli, iltizamnamə imzalanıb, amma həkim ona problemin ciddi olduğunu deməyib. Ona görə də atam xəstəxananı tərk edib”, – H.Həsənli deyib.

Qeyd edək ki, ilahiyyatçı Hacı Şahin Həsənli martın 2-də səhərə yaxın ürəktutmasından vəfat edib. O, həmin gecə “Baku Medikal Plaza”da müayinə olunub./Teleqraf

Tacxeber.com

Oxşar xəbərlər

Ermənilər sülhməramlılardan Azərbaycan əsgərinə atəş açmağı TƏLƏB EDİR

redaktor

Tehran yanır. Time jurnalına görə, iki yüzdən çox insan ölüb.

admin

Rus hərbçi Qarabağdakı ermənini belə susdurdu – VİDEO

redaktor