13 C
Bakı
30 Mart 2026 11:21
Siyasət

Prezidentin nazir müavini təyin etdiyi Umayra Tağıyeva ilə bağlı MARAQLI MƏLUMATLAR

Prezidentin nazir müavini təyin etdiyi Umayra Tağıyeva ilə bağlı MARAQLI MƏLUMATLAR

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub. Prezident İlham Əliyevin imzaladığı sərəncamla  nazir müavini Firdovsi Əliyev vəzifəsindən azad edilib, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə nazir müavini təyin olunub.

Tacxeber.comxəbər verirki, Umayra Tağıyeva 3 aprel 1968-ci ildə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib.

O, 1990-1992-ci illərdə Dövlət Hidrometeorologiya Komitəsində sinoptik, mühəndis, 1993-2001-ci illərdə şöbə rəisi vəzifəsində çalışıb.

2001-2015-ci illərdə ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar bürosunun direktoru, 2018-ci ildə Nazirliyin Ekoloji Təbliğat Şöbəsinin müdiri, Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsində işləyib.

3 aprel 2020-ci il tarixdən Milli Hidrometeorologiya Xidmətinin rəisi olub.

U.Tağıyeva 22 may 2020-ci ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub, 22 may 2009-cu ildə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.

Ailəlidir, 1 övladı var.

Tacxeber.com

Oxşar xəbərlər

“Putin Ukraynada davam edən müharibə səbəbindən çətin vəziyyətə düşüb” – “Newsweek”

admin

Türkiyəni AŞPA-da təmsil edən millət vəkili: “AP-nin Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnamənin heç bir qüvvəsi yoxdur”

redaktor

Tailandda qadın siyasətçi seçicilərə verdiyi qeyri-adi vədi yerinə yetirdi- Ziyarətgahda çılpaq rəqs etdi

redaktor