11 C
Bakı
30 Mart 2026 04:27
Hadisə

Hipermarketdəki atışmada ölən şəxs bu qurumda çalışırmış…

Bu gün Bakının Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində həyatını itirən şəxslə bağlı bəzi məqamlar dəqiqləşib.

Məlumata görə, silahlı şəxslərin hücumu nəticəsində həyatını itirən Həsənov Rüfət Rahib oğlu “Azərpoçt” MMC-nin İnkossasiya Xidmətinin əməkdaşı olub. O, çalışdığı xidmətlə müqavilə əsasında əməkdaşlıq edən banklardan birinə təhkim edilibmiş.

Qeyd edək ki, R.Həsənov aldığı xəsarətdən hadisə yerində ölüb. Onunla birgə hipermarketə gələn digər əməkdaş, eləcə də atışma zamanı xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Tacxeber.com

Oxşar xəbərlər

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət

admin

Rusiyada bazarda yanğın: 7 min kv.m ərazi… – Video

redaktor

Ağac Kimi Böyüyən və Həyata Dəyişməz Ləyaqətlə Qarşılaşan Adam

admin