12 C
Bakı
29 Mart 2026 00:40
Siyasət

“Üzbəüz görüşməsək də, Azərbaycanla iş gedir”

“Üzbəüz görüşməsək də, Azərbaycanla iş gedir”

“Ermənistan bu yaxınlarda sərhədlərin demarkasiyası komissiyalarının reqlament layihəsini Azərbaycan tərəfinə verib”.

Tacxeber.com“Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan hökumətlə sual-cavab iclasında deyib.

“İndi biz onun cavabını gözləyirik. Üzbəüz görüşlərdən asılı olmayaraq, sənədləşmə işləri aparılır və üzbəüz görüş həmişə tələb olunmur”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, əvvəllər kommunikasiyaların açılması və sərhəd təhlükəsizliyinin təmin edilməsi ilə bağlı verilən təkliflər qüvvədə qalır.

Ermənistanın Baş naziri xatırladıb ki, Ermənistanın sülh müqaviləsi ilə bağlı təklifləri Azərbaycana və ATƏT-in Minsk qrupunun həmsədrlərinə də göndərilib və Ermənistan hakimiyyəti bununla bağlı cavab gözləyir. O qeyd edib ki, bu müddət ərzində sülh sazişi üzrə 3 raund aparılıb və müvafiq iş bundan sonra da davam etdirilməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan Azərbaycana daha bir nəqliyyat dəhlizi təklif edib

admin

Sahil Babayevə yeni vəzifələr verildi – SƏRƏNCAM

redaktor

Pezeşkian Azərbaycan və Türkiyə ilə oyun oynadı – Yanlış addımın cəzası…

redaktor