24 C
Bakı
11 Avqust 2025 23:00
Dünya

Çində öpüşmə cihazı hazırlandı – VİDEO

Çində öpüşmə cihazı hazırlandı - VİDEO

Çində öpüşmə cihazı hazırlanıb.

Bakupost.az bildirir ki, cihaz Çinin Changzhou Mekatronik Texnologiya Peşə İnstitutu tərəfindən hazırlanıb.

Təzyiq sensorları ilə təchiz olunmuş və isti silikon dodaqları olan bu cihaz uzaq məsafədən münasibət quran cütlüklərin fiziki yaxınlıq yaşaması üçün ərsəyə gətirilib.

Cihazdan istifadə etmək üçün smartfon proqramı yüklənir və sonra cihaz telefonun enerji portuna qoşulur. Öpüşmək üzrə olanda cütlüklər video zəng edə bilərlər.

Cihazın ixtiraçısı Jiang Zhongli bildirib ki, bu ideyanı universitetdə sevgilisi ilə ayrı-ayrı şəhərlərdə yaşayarkən kəşf edib. Cihaz təqdim edildikdən sonra ölkədə gündəm olub.

Cihazın satışı 42 dollar nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl Malayziyadakı İmagineering İnstitutu 2016-cı ildə oxşar cihaz hazırlamışdı. Lakin bu alətdə real görünən dodaqlar deyil, toxunuşa həssas silikon yastıq vardı.

Oxşar xəbərlər

İmpiçment elan olunan Koreya prezidentinin maaşı artırılıb

redaktor

“Parçalanan cəsədlərin, ütülən saçların qoxusu nəfəs almağa imkan vermirdi” – “The Guardian”

redaktor

Putindən dünyanı qorxuya salan XƏBƏRDARLIQ – Nüvə müharibəsi QAÇILMAZDIR?

redaktor