Hadisə

Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə gəldi – FOTOLAR

 

Azərbaycanda 21 il əvvəl ölən adamın adına cərimə protokolu tərtib olunub.

20-BO-232 dövlət qeydiyyat nişanlı “VAZ-21063” markalı avtomobil texniki baxışdan keçirilmədiyinə görə kamera vasitəsilə 50 manat məbləğində cərimə olunub. Cərimə protokolu 2022-ci ildə dünyasını dəyişən Namazov Oktay Muxtar oğlunun adına göndərilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Unikal”a açıqlamasında bildirib ki, 20-BO-232 dövlət qeydiyyat nişanlı avtomobil texniki baxış müddəti bitdiyi üçün xüsusi texniki vasitə tərəfindən avtomatik olaraq cərimələnib. Hal üzrə araşdırma aparılıb və məlum olub ki avtomobil idarə edən şəxsin etibarnamə müddəti bitdiyindən avtomatik cərimə avtomobil sahibinə yönləndirilib. Hazırda avtomobilin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

 

Oxşar xəbərlər

Sərhəddəki insident buna görə baş verib – Foto

redaktor

“Nikosayağı“nın törətdiyi qəzada ölən məşhurun oğlu dəfn olunur

redaktor

Azərbaycanda toy karvanında FACİƏ: Bir ailədən 3 nəfər ÖLDÜ

redaktor