7 C
Bakı
15 Dekabr 2025 20:11
Cəmiyyət

Yediyimiz qidalara böcək və qurd tozu QATILIRMIŞ – DİQQƏTLİ OLUN!

Yediyimiz qidalara böcək və qurd tozu QATILIRMIŞ - DİQQƏTLİ OLUN!

 

Avropa Birliyi 1 ay öncə qida maddələrinə böcək və qurdların qurudularaq toz şəklində qatılmasına icazə verib. Böcək və qurdların təbiətə ziyan verməməsi və zəngin protein mənbəyi olması əsas götürülərək un və un məmulatlarına, o cümlədən makarona, çörəyə, hazır yeməklərə böcək tozundan hazırlanmış xüsusi maddələr qatılır.

Bəs belə qarışığı olan un məmulatlarını necə ayırd etmək olar?

 

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, tərkibində böcək tozu olan məmulatların üzərində “Yeni qida növü” bildirişi olur. Toz əsasən un qurdu, ağac qurdu, çəyirtkə, soxulcan və digər həşəratlardan hazırlanır.

Hazırda Almaniya və Avstriyada yeni qida növündən geniş istifadəyə başlanılıb və belə məhsullar başqa ölkələrə də ixrac edilir. Odur ki, satışdan pizza, bulka və s. Kimi müxtəlif yeməklər alanda böcək tozu yeyib-yemədiyinizdən əmin olun.Bu qida növü Avropa üçün yeni olsa da, Uzaq Şərqdə, Afrikada, Cənubi Amerikada yaşayn bir çox xalqlar üçün çoxdan ənənəvi qida hesab olunurdu.(lent.az)

Tacxeber.com

Oxşar xəbərlər

Azad edilən erməni əsilli futbolçuların Ermənistana göndərilməsi kadrları – VİDEO

redaktor

Nura Suri Rəhim Rəhimlinin dəfninə qatılmadı: “Qəbir üstünə də getmirəm”

redaktor

“Zirə” yarımfinalda, “Qarabağ” “Sabah”a qarşı – Yenilənir

admin