Siyasət

Saakaşvilidən gözlənilməz çağırış: Prezident Zurabişvilini  dəstəkləməliyik

 

Sabiq prezident Mixeil Saakaşvili Gürcüstan indiki Prezidenti Salome Zurabişvilini “köhnə inciklikləri” unutmağa çağırıb.

Tacxeber.com xəbər verir ki, sabiq prezident, hazırda həbsdə olan Mixeil Saakaşvili dövlətin hazırkı lideri Salome Zurabişvilini dəstəklədiyini bildirib.
Saakaşvilinin Facebook səhifəsində Zurabişvilini dəstəklədiyi bəyanatda deyilir:

“Mən Prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm. Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin Prezidentlə davamlı məsləhətləşmələr aparmalıdır”.

Saakaşvili gürcü siyasətçilərinə müraciət edərək deyib: “İndi narazılıqları xatırlamaq vaxtı deyil”.

Eyni zamanda o, Zurabişvilini statusundan istifadə etməyə və Moskvanın Gürcüstanda hakimiyyəti tamamilə ələ keçirməyə hazırlaşdığı barədə “bütün dünyaya xəbərdarlıq etməyə” çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkiandan cavab: Sizə hücum olsaydı, nə edərdiniz?

redaktor

Elçin Əmirbəyov: “Biz erməniləri yaşayış yerlərini tərk etməməyə çağırırıq”

redaktor

Gürcü Arzusu” partiyası parlamentdə 89 deputat mandatı qazand

redaktor