28 C
Bakı
12 Avqust 2025 18:53
Şou

Nigar Camal hücuma məruz qaldı – ANBAAN VİDEO

 

Azərbaycanı “2011-ci ildə “Avroviziya”da təmsil edən müğənni Nigar Camal avtomobili hərəkət edərkən hücuma məruz qalıb.

Tacxeber.com xəbər verir ki, bu barədə müğənni İnstaqram hesabında paylaşım edib.

O qeyd edib ki, KİA markalı avtomobili idarə edən şəxs yolunu kəsib ə avtomobilinə ziyan vurub:

“Gördüyünüz “99-RJ-449” KİA markalı avtomobilin sürücüsü mənim yoluma girmək istəyirdi. Tıxac idi, həm də böyük bir avtobus artıq yola girmişdi. Mən sol tərəfdən tam ortada idim, o isə maşını həmin yola müxtəlif “tryuk”larla salmaq istəyirdi. Xəbərdarlıq etdim ki, siz neyləyirsiniz? Mən avtomobili avtobusa vura bilərəm. O da başladı bilə-bilə müxtəlif “tryuk”lar etməyə. Mən də vəziyyətdən çıxmağa və yolumu davam etməyə çalışırdım. Gördüm ki, arxamca düşüb, yolumu kəsməyə çalışır. Aradan çıxa bilmirdim, ona görə də çəkməyə başladım ki, düşündüm əl çəkəcək. Birdən yolumu bağladı və mənə hücum elədi. Yuxarıda görüntüləri də təqdim etmişəm.

Mən başa düşmürəm bəzi kişi sürücülər qadınlara qarşı niyə belə aqressivdir?! Mən sağlamlığı yerində insanam, ancaq mənim yerimdə panik-atakı olan, epilepsiyadan və digər psixoloji xəstəliklərdən əziyyət çəkən bir xanım ola bilər – yaxud daha həssas biri. Onsuz ölkəmizdə qadına qarşı şiddət yayğındır. İndi isə bunu açıq-aşkar küçənin ortasında edirlər. Bu maşında Nigar Camal yox, haqqını tələb edə bilməyən, tez təsirə düşən biri də ola bilərdi. Bəlkə də daha pis hadisə yaşana bilərdi”.

BAKU.WS

 Tacxeber.com

Oxşar xəbərlər

Vəziroğludan Elgizə sərt sözlər: “Sənin villan var, kef edirsən, amma mən…”

redaktor

Şeyx Əbdül də müğənni Dənizi QARALADI: “Sən hara, Səlim Müslümov hara?”

admin

“Çox adam öləndə heç ağlamıram, amma itim öləndə ağladım” – Ağamirzə itə meyxana deməyindən danışdı

redaktor