19 C
Bakı
26 Sentyabr 2025 20:46
Cəmiyyət

Zibil içində yaşayan aşıq: “Qohum-qardaşa xərcləyib bu günə qaldım” – VİDEO

 

“Vaxtilə toylara aşıq kimi gedirdim. İndi əlacsızlıqdan sazımı da satmışam”.

Tacxeber.com xəbər verir ki, bu sözləri qızı və 3 nəvəsi ilə İkinci Zabrat qəsəbəsi, Aşıq Ələsgər küçəsindəki daxmada yaşayan Məhbubə Musayeva Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində deyib.

Maşın vurduqdan sonra iş qabiliyyətini itirən çarəsiz ana zamanında kömək etdiyi qohumlarının yardımından da məhrum olub.

“Yaxşı gəlirim olub. Pula pul demirdim. Qohum-qardaşa xərcləyib bu günə qalmışam” deyən M.Musayeva evini də qardaşına görə satıb.

Məhbubə xanımın 12 yaşlı nəvəsi Nəzrin hazırda imkansızlıqdan məktəbə gedə bilmir.

“Böyük qızım məktəbə mənim paltarlarımı geyinib gedir. Təkcə oğluma geyim ala bilirəm”, – deyə Nəzrinin anası söyləyib.

Ətraflı verilişi təqdim edirik:

Oxşar xəbərlər

XIX əsrin sonlarında şiələrin ən böyük din alimi sayılan Mirzə Şirazini tütün çəkmək əleyhinə fitvası.

admin

“İşçi Masası” xanım fəalı sərbəst buraxılıb.

admin

İlahiyyatçıdan sensasiyalı açıqlama: “Bunu etsəniz, ölülərinizə əzab veriləcək”

redaktor