11 C
Bakı
29 Mart 2026 09:55
Cəmiyyət

Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir – Deputat

 

Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır: “Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.

Tacxeber.com

Oxşar xəbərlər

“Balinanı hələ 2022-ci ildə hazırlamışam”-azərbaycanlı dizayner məşhur maketdən danışdı-FOTO+ÖZƏL

admin

“Polisimiz Tofiq Yaqublunu da qoruyur, niyə belə ifadələr işlədir?”

redaktor

Vətəndaşlar evi necə ucuz ala bilərlər? – “Bakıətrafı çıxarışsız həyət evlərinə çıxarış verilsin” – TƏKLİF

admin