3 C
Bakı
11 Fevral 2026 17:10
GündəmSiyasət

“Onu ABŞ-dan gətirmək bu qədərmi çətindir?” – Milli Məclisdə kimin həbsi tələb olundu?

“Onu ABŞ-dan gətirmək bu qədərmi çətindir?” – Milli Məclisdə kimin həbsi tələb olundu?

“Akkord” şirkətinin keçmiş rəhbərini rüşvət aldığına və vergidən yayındığına görə həbs etmək lazımdır”.

Tacxeber.com xəbər verir ki, bu sözləri deputat  Siyavuş Novruzov Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

“Onu Cinayət Məcələssinin 15 maddəsi ilə mühakimə edərək həbs etmək olar. Bu adam oturub ABŞ-da və oradan videomüraciətlər vasitəsilə insanları itaətsizliyə çağırır. Onu ABŞ-dan ölkəyə gətirmək bu qədərmi çətindir? Prokurorluq orqanlarından xahiş edirik ki, bu məsələlərə diqqət yetirsin”, –  deputat qeyd edib.

Xatırladaq ki, “Akkord” şirkətinin sabiq rəhbəri İlqar Hacıyev ölkəni tərk etdikdən sonra qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Tacxeber.com

Oxşar xəbərlər

Əli Kərimlinin həbsi müxalifətin məhvi deməkdir.

admin

Rusiyada əsgər çatışmazlığı: Belousov Putinə təzyiq edir…

admin

“Onlar dəqiq davransaydılar, indi mən yox idim” – Ərdoğandan ŞOK SÖZLƏR

redaktor