26 C
Bakı
11 Avqust 2025 03:04
GündəmHadisə

Dağıntılar altından çıxarılan gənc dəfn olunarkən dirildi

 

Suriyanın Atarib qəsəbəsində çökmüş binanın dağıntıları altından çıxarılan suriyalı gənc qəbiristanlıqda dirilib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Dailystar” nəşri məlumat yayıb.

Suriyanın Atarib qəsəbəsində çökən binanın dağıntıları altından çıxarılan suriyalı gəncin heç bir həyat əlaməti göstərmədiyi üçün öldüyü güman edilirdi.

O vaxta qədər öldüyü güman edilən Əhməd əl-Məğribi qəbiristanlığa çatanda hər kəsi təəccübləndirib. O, hərəkət etməyə başlayıb. Gözlərinə inanmayan ailə gənci yenidən xəstəxanaya aparıblar.

Bu hadisəni işıqlandıran ölkə mətbuatı ürəyi dayanan adamın yenidən həyata qayıtmasının çox nadir hal olduğunu vurğulayan xəbərlər dərc edib.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda dostların faciəvi ölümü ilə bağlı SENSASİYA – “Mümkünsüzdür, kimsə elə bil…”

redaktor

Polis rəisi vəzifəsindən azad edilən Aqil Abbasın oğlunun rütbəsi artırıldı.

admin

31 il əvvəl şəhid olan Məhərrəm dəfn olundu – VİDEO

redaktor