26 C
Bakı
13 Avqust 2025 01:49
Gündəm

Türkiyə müxalifət liderindən Azərbaycana qarşı hörmətsizlik – FOTO

 

Türkiyədə müxalifət lideri Əli Babacan Azərbaycana qarşı hörmətsizlik edib.

Tacxeber.comxəbər verir ki, Türkiyə Demokratiya və Sıçrayış Partiyasının rəhbəri bu barədə tviterdə paylaşım edib. Zəlzələdən sonra aparılan axtarış-xilasetmə işlərinə görə yardıma gələn ölkələrə təşəkkür edən partiya sədri nədənsə, Azərbaycanı siyahıya salmayıb:

“6 fevralda baş verən zəlzələdən sonra ölkəmizə gələrək axtarış-xilasetmə tədbirlərinə qatılan, canla-başla çabalayan, yardım göstərən dostlarımıza təşəkkürlər”,- deyə o qeyd edib.
Partiya sədri daha sonra ingilis, fransız, alman, ispan, rus, yunan və ərəb dillərində təşəkkür edib.

Partiya tərəfindən hazırlanmış postdakı qoruyucu papağın üzərində isə ABŞ, Livan, Yaponiya, Çin, Cənubi Koreya, İordaniya, Avstriya, Moldova, İsrail, Rusiya, Gürcüstan, ABŞ, Pakistan, Hindistan, İsveçrə, Çexiya, Xorvatiya, İtaliya, İspaniya bayrağı yer alsa da, Azərbaycan qeyd olunmayıb.

Sözügedən paylaşım sosial şəbəkələrdə Azərbaycana hörmətsizlik kimi qiymətləndirilib.

Xatırladaq ki, dağıdıcı zəlzələlərdən sonra Türkiyəyə axtarış-xilasetmə tədbirləri üçün heyət göndərən ölkələr arasında Azərbaycan 725 nəfərlə ilk yerdə dayanır. İngiltərə 77, Fransa 204, İspaniya 90, Rusiya 150, Yunanıstan 46, Almaniya 115 nəfərlik heyət göndərib.

 

Oxşar xəbərlər

AXCP fəalına 30 sutka həbs verildi

admin

İQOR PONOMARYOV: “YERLİ MƏŞQÇİ GƏLSƏ, NƏTİCƏ OLMAYACAQSA BELƏ, ONA GÜVƏNMƏLİYİK”

admin

Putin ikinci Böyük Pyotr olmaq istəyir – ABŞ nəşri

admin