24 C
Bakı
12 Avqust 2025 00:03
Hadisə

Rusiyada dünya çempionu olmuş soydaşımız qətlə yetirildi

 

Rusiya Federasiyasının Dərbənd şəhərində ciu-citsu döyüşü və kimano ilə qrapplinq yarışları üzrə dəfələrlə dünya çempionu olmuş soydaşımız Vidadi Mərdanov qətlə yetirilib.

Cinayət hadisəsi Dərbənd şəhərinin Qaqarin küçəsində baş verib.

Belə ki, Vidadi Mərdanov bir neçə şəxs tərəfindən söhbətə dəvət edilib.

Evindən küçəyə çıxan idmançıya odlu silahdan atəş açılıb.

Hüquq-mühafizə orqanları hücum edənlərin şəxsiyyətini müəyyən edə bilsələr də, onları saxlayıb istintaqa cəlb etmək hələlik mümkün olmayıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Baku plaza” ticarət mərkəzində ƏMƏLİYYAT – Araşdırma davam edir

redaktor

Sumqayıtda baş mühəndisin əhaliyə göndərdiyi bildiriş səs-küyə səbəb oldu – VİDEO

redaktor

Bu gün də Masazırda işıq olmayacaq

admin