Gündəm

Bələdiyyə sədri gülüş doğurdu: Afrika şahzadəsi kimi təqdim etmişdi, gerçək üzə çıxdı

 

Türkiyənin Hatay şəhərinin bələdiyyə sədri Lütfü Savaş atdığı addımla gülüş hədəfinə çevrilib.

Tacxeber.comTürkiyə mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşım edən bələdiyyə sədri Afrika şahzadəsi ilə görüşdüyünü yazıb.

“Dünyanın hər yerindən yanımızda dəstək görmək bizləri ümidləndirir. Zəlzələ fəlakətindən sonra şəhərimizə qatqılarından dolayı Afrika şahzadəsi Fridom Yakob Sezara təşəkkür edirəm”,- deyə o qeyd edib.

368464

Çox keçmədən bələdiyyə sədrinin şahzadə kimi təqdim etdiyi Fridom Yakob Sezarın şahzadə olmadığı bəlli olub.

Qanadan olan iş adamı Nana Kvame Bediako Hataya gələrək, özünün Afrika şəhzadəsi kimi qələmə verdiyi üzə çıxıb.

368465

Saxta şahzadənin geyindiyi formanın da real olmadığı bildirilib.

Afrikanın ən mühüm iş adamlarından biri kimi göstərilən Bediakonun sərvətinin 2 milyard dollardan çox olduğu təxmin edilir.

L. Savaşın sosial şəbəkələrdə gündəmə gələn paylaşımına çoxlu reaksiyalar olub.

368468

368467

Tacxeber.com

Oxşar xəbərlər

Bir zəncirin həlqələri: İrana qarşı planlaşdırılan əməliyyat, Çində hərbi çevriliş cəhdi, “Epşteyn işi” üzrə yeni məlumatlar…

redaktor

Vaşinqtonda nə baş verdi?

redaktor

Qrenlandiya probleminə görə Amerika bazalarını bağlamalıyıq, NATO-dan çıxmalıyıq?

admin