
Sosial mediada “dua edən əllərə” oxşar bulud parçaları yayılır. Paylaşılan videolara ərəbcə sözlər və musiqi əlavə edilərək real hadisə kimi göstərməyə çalışırlar.
Videonun 6 fevral 2023-cü ildə Türkiyədə baş vermis dəhşətli zəlzələdən sonra qeydə alındığı deyilir.
Tacxeber.com xəbər verir ki,Faktyoxla Lab. bu videonun həqiqliyini yoxlayıb.
Türkiyənin məşhur faktaraşdırma saytı bu mövzuya toxunub. Araşdırma zamanı tərsinə foto- arama metodu ilə digital montajla hazırlandığı qənaətinə gəlinib. “Pixiz” fotomontaj tətbiqində müxtəlif əl formalarını dizayn etmək mümkündür.
Montaj isə 16-cı əsrdə yaşamış alman rəssamı Albert Dürerin rəsmi əsasında hazırlanıb.
Bundan əvvəl isə qeyd edilən “dua edən buludlar” fotosu bir neçə dəfə illər öncə paylaşılıb.