29 C
Bakı
14 Avqust 2025 11:15
DünyaGündəm

Zəlzələdən sonra buludlar “əllərini” yuxarı uzadaraq dua ediblər? – FAKTLAR

 

 

Sosial mediada “dua edən əllərə” oxşar bulud parçaları yayılır. Paylaşılan videolara ərəbcə sözlər və musiqi əlavə edilərək real hadisə kimi göstərməyə çalışırlar.

Videonun 6 fevral 2023-cü ildə Türkiyədə baş vermis dəhşətli zəlzələdən sonra qeydə alındığı deyilir.

Tacxeber.com xəbər verir ki,Faktyoxla Lab. bu videonun həqiqliyini yoxlayıb.

Türkiyənin məşhur faktaraşdırma saytı bu mövzuya toxunub. Araşdırma zamanı tərsinə foto- arama metodu ilə digital montajla hazırlandığı qənaətinə gəlinib. “Pixiz” fotomontaj tətbiqində müxtəlif əl formalarını dizayn etmək mümkündür.

Montaj isə 16-cı əsrdə yaşamış alman rəssamı Albert Dürerin rəsmi əsasında hazırlanıb.

Bundan əvvəl isə qeyd edilən “dua edən buludlar” fotosu bir neçə dəfə illər öncə paylaşılıb.

 

Nəticə:

– “Dua edən buludlar” fotosu Kahramanmaraş şəhərində qeydə alınmayıb.

– Foto real deyil, “Pixiz” fotomontaj tətbiqi ilə hazırlanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya rəsmisi: “Azərbaycan düşməndir” – BİZİM CAVAB

redaktor

2024-cü ildə kriptovalyuta istifadəçilərinin sayı bir milyarda çatacaq

admin

Bakıda saxlanılan casusun Fransadakı qalmaqalı böyüyür – YENİ FAKTLAR

redaktor