24 C
Bakı
24 İyun 2025 21:23
Dünya

“Türkiyədə 4,5 milyondan çox uşaq risk altındadır”

 

Zəlzələ nəticəsində Suriyada 2,5 milyondan çox uşaq risk altındadır. Türkiyədə bu rəqəm 4,5 milyonu ötüb.

Tacxeber.com xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) regional nümayəndəsi Məhəmməd əl-Həvari deyib.

Onun sözlərinə görə, bu uşaqların ailələri təbii fəlakət nəticəsində ağır vəziyyətlə üzləşiblər: Onlar evlərini itiriblər, içməli su qıtlığı yaşayır və vəba xəstəliyinə tutulma riskilə qarşılaşıblar.

“Hazırda Suriyanın şimalında və Türkiyənin cənubunda olan komandaların əsas vəzifəsi vəziyyəti qiymətləndirmək və daha dolğun, aydın baxışa sahib olmaq üçün mümkün riskləri daha dəqiq müəyyən etməkdir”, – əl-Həvari bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Argentinanın yeni prezidenti dinini dəyişir.

admin

ŞOK: İsrailin məxfi nüvə sənədləri İranın əlinə keçdi

redaktor

Rusiyanın Qara dəniz Donanmasının qərargahı PUA ilə VURULDU

admin