25 C
Bakı
23 İyun 2025 17:17
Hadisə

Müğənni ilə rəqqasənin ölüm səbəbi bilindi

 

Gəncədə müğənni və rəqqasənin vəfat etdiyi hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

 Tacxeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, ilkin araşdırmalardan sonra 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının dəm qazından zəhərlənmə səbəbindən vəfat etmələri müəyyənləşib.

O da məlum olub ki, hər iki şəxs fevralın 18-də Gəncə şəhər sakini Y.Rzayevaya məxsus evə qonaq gediblər. Onlardan xəbər ala bilməyən yaxınları polisə müraciət ediblər. Fevralın 19-da günorta saatlarında isə hər iki şəxsin qonaq getdikləri evdə həyatını itirdikləri məlum olub.

Hadisə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Şuşada ağır qəza: 5 nəfər yanaraq öldü.

admin

Məktəb yaxınlığında narkotik satan şəxs tutuldu

redaktor

Çeçenistanda güclü partlayış baş verib.

admin