21 C
Bakı
22 İyun 2025 09:06
Siyasət

Bayden gözlənilmədən Kiyevdə peyda oldu – O, hansı mesajla gəlib?

Bayden gözlənilmədən Kiyevdə peyda oldu – O, hansı mesajla gəlib?

 

 

ABŞ Prezidenti Cozef Bayden gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə səfər edib.

Tacxeber.com-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən politoloq Məhəmməd Əsədullazadə deyib ki, sözügedən səfər üç əsas məqamı özündə əks etdirir:

“Birincisi, ABŞ Ukraynaya siyasi-hərbi dəstəyi davam etdirəcək – bura ağır silahlar və aviasiya da daxildir. İkinci məqsəd Avropanı tam olaraq Ukraynaya dəstək verməyə sövq etməkdir. Üçüncüsü, Ukraynanı axıra kimi döyüşməyə ruhlandıraraq Krımı da işğaldan azad etmək hədəfidir. Bununla da müharibənin yeni mərhələsi başlayacaq”.

 

Ekspert qeyd edib ki, müharibənin taleyi bundan sonra bəlli olacaq:

“Xatırladım ki, Rusiya prezidenti Vladimir Putinin də Federasiya şurasına müraciəti olacaq. Bayden Putini qabaqlayaraq ona Ukrayna ilə bağlı mesajını verdi. Bu səfər Moskva üçün arzuolunmazdır və Kreml bunu gözləmirdi”.

Tacxeber.com

Oxşar xəbərlər

Onlar Oval kabinetə icazəsiz daxil olub Trampı rüsumları dayandırmağa razı saldılar.

admin

“Emin Əmrullayev dostuna, sinif yoldaşlarına vəzifə verir” – SENSASİON ittiham

redaktor

“Ətrafımızda o qədər saxta alimlər var ki…” – Sərdar Cəlaloğlu

redaktor