Şou

“Top kimiyəm, nə şəkərim var, nə başqa xəstəliyim” – Yusif Mustafayev

 

“Kövrək insanlar uzunömürlü olur. Nəyisə ürəyimə salmıram. Bu, insanın ömrünü uzadır. Ağlayıram və rahatlaşıram. Deyirlər, filankəs infarkt keçirəcək. Bilsə ki, infarkt keçirəcək, ürəkdən ağlasa, keçər. Allah məni çox yaşatmaq istəyir, yəqin ona görə beləyəm. Ağlamaq müalicə metodudur”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “Günün sədası” verilişində deyib. Müğənni bir müddət əvvəl efirdə ağlaması ilə bağlı yayılan xəbərdən danışıb:

“Kanalların birində zəlzələni göstərdilər, kövrəldim. Bunu şişirtdilər, yazdılar. İnsanlar evimizə gəlirdilər ki, sizə nə olub, necəsiniz? Top kimiyəm, nə şəkərim var, nə başqa xəstəliyim”.

Tacxeber.com

Oxşar xəbərlər

İran Hörmüz boğazını bağladı

redaktor

Gülüstan Əliyevadan deputata etiraz: “Qadının ən birinci vəzifəsi arvad olmaqdır…”

redaktor

“O, əlbəttə, köpəyoğludur, amma bizim köpəyoğludur”

redaktor