24 C
Bakı
11 Avqust 2025 22:59
Gündəm

Cahangir Əsgərov bu dəfə tələbləri belə ələ saldı –  “Baqaj”sız 27 manatlıq endirim

 

Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL)  Türkiyədən ölkəyə qayıdan  tələbələr üçün yaxın tarixdə endirim etdiyini açıqlayıb.

Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, AZAL-ın endirim adlandırdığı məbləğ cəmi 27 manat təşkil edir.

Amma ən biabırçı məqam isə AZAL-ın 27 manatlıq endirim biletində tələbələrə ölkəyə əliboş gəlmək tələb olunur. Belə ki, tələbələr üçün nəzərdə tutulan biletlərdə yük çantası nəzərdə tutulmur.

Təsəvvür edin ki, Türkiyədən qayıdan tələbə özüylə apardığı pal-paltarını və digər əşyalarını qaytarmaq üçün əlavə ödəniş etməlidir.

Görünür, Cahangir Əsgərov endirim söhbətini ortaya atmaqla, sosial şəbəkələrdəki sərt tənqidlərdən, habelə deputatların tələblərindən yayınmaq istəyib.

Amma onun bu 27 manatlıq endirim kampaniyası əslində bumeranqa çevrilib.

Xatırladaq ki,  Azərbaycanın quru sərhədləri bağlı olduğundan ölkəyə  gəliş-gediş yalnız hava nəqliyyatı yolu ilə mümkündür.

Tacxeber.com

Oxşar xəbərlər

Elmira Axundovaya nə olub? – Əsa ilə görüntüləndi – FOTO

admin

Müharibə iştirakçısını narkotiknən görün necə öldürüblər / NARKOMAN ANASI OD PÜSKÜRDÜ -VİDEO

admin

Samir dünya çempionunu öldürmək üçün onu aylarla güdüb – FOTO

redaktor