26 C
Bakı
11 Avqust 2025 03:07
Sağlamlıq

Qırmızı lobyanın zərərləri – Kimlərə olmaz?

 

Qırmızı lobya zülal, lif mənbəyi olsa da, bir çox insanlara və bəzi xəstəliklərdə əks göstərişdir.

Bakupost.az xəbər verir ki, həkim diyetoloq Yelena Solomatina ilk baxışdan dietik və faydalı lobyanın orqanizmə necə təsir etdiyini açıqlayıb.

“Qırmızı lobya sidik turşusunun konsentrasiyasını artırır, bu isə böyrəklərdə daş əmələ gəlməsinə səbəb olur.
Ona görə podaqra, artrit və böyrəklərində daş olanlar bu lobyadan uzaq dursa yaxşıdır.

Eləcə də mədə-bağırsaq sisteminin problemlərində, qəbizlik, pankreatit, qastrit, mədə xorası, həzmsizlik varsa, lobya və paxlalılar rasiondan azaldılmalıdır.

Çünki bu qidalar hətta sağlam həzm sistemi üçün ağırdır.

Sağlam adamlar qırmızı lobyanı ehtiyatla, digər ərzaqlarla birgə elə qəbul etməlidir ki, güclü köp və qəbizlik olmasın.
Bəzi insanlar var ki, ümumiyyətlə qırmızı lobyanı həzm edə bilmir, bu lobyanın həzmi zamanı ayrılan maddələr orqanizmdə toplanıb, müəyyən fəsadlar yaradır”.

Tacxeber.com

Oxşar xəbərlər

Yenidən qızdırılıb yeyilməsi qadağan olan 10 QİDA

redaktor

Dəfnə yarpağı çayı: Sizi bir çox xəstəliklərdən qoruya bilər

redaktor

Səhər 3-5 arasında oyanmaq xəstəlik əlaməti ola bilər

redaktor