27.7 C
Bakı
15 İyul 2026 22:13
Dünya

İranda türk adlarına qadağa davam edir: Volkan adı qoyulan uşağa kimlik vəsiqəsi verilmir – FOTO

 

İran Qeydiyyat İdarəsinin Təbriz şöbəsi Volkan adı qoyulan azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, övladlarının dekabr ayında dünyaya gəlməsinə baxmayaraq Azərmirad ailəsi türk mənşəli ad seçdiklərinə görə bu müddət ərzində uşağa şəxsiyyət vəsiqəsi ala bilmirlər.

Qeyd edək ki, bu, İranda ilk hal deyil. İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk mənşəli adlara görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

Oxşar xəbərlər

Məşhur Senator Qrehemin ölüm səbəbi. Xəstəlik yoxsa, sui-qəsd?

redaktor

ABŞ-ın yeni hücumları Çabahara yönəlib

redaktor

Boş yerə xərclənən istedad

admin