25 C
Bakı
23 İyun 2025 14:21
Hadisə

Təranəni qızının atası həbs etdirib?

 

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova həbs edilib.

Tacxeber.com-ın məlumatına görə, T. Səmədova bir müddət əvvəl həyat yoldaşı kimi təqdim etdiyi Rasim Həsənovun həbs olunduğunu açıqlamışdı. O iddia etmişdi ki, onunla bağlı şikayəti qızı Suelin atası, musiqiçi Abbas Səfərov verib.

“Qızımın musiqiçi atası həyat yoldaşımı həbs etdirib. Səhifəmdə Abbasın ailəsi ilə şəklini paylaşmışam, gedib şikayət edib ki, ailəsini narahat etmişəm, şantaj olunub”, – deyən Təranə Abbasdan dəfələrlə şikayətini geri götürməsini istədiyini vurğulayıb.

Qeyd edək ki, Abbas nağara ifaçısıdır və Xalq artisti Ənvər Sadıqovun “Qaytağı” ansamblında çalışır.

Tacxeber.com

Oxşar xəbərlər

Xerson vilayətində “kadırovçular”ın meyitləri tapıldı – FOTO + VİDEO

admin

Dövlət Neft Fondu icra direktorunun müşaviri ölkədən köçüb? – Nərgiz Nəsrullayeva ilə bağlı yeni iddia

admin

Azərbaycanda axund faciəvi şəkildə öldü.

admin