Hadisə

Azərbaycanlı xilasedici zəlzələ bölgəsində xəsarət alıb – VİDEO

 

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu, axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.

Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb.

Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.

Onu da əlavə edək ki, “CNN Türk” kanalı da səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilib.

 

Oxşar xəbərlər

Ermənistanın Azərbaycana qarşı törətdiyi TƏXRİBAT TÜRKİYƏ MƏTBUATINDA – FOTO

redaktor

“Rusiya istəsəydi son 7 ildə Paşinyanı 7 dəfə devirərdi” Natiq Cəfərli

admin

Hindistanda tikilməkdə olan körpü çökdü – VİDEO

redaktor