Hadisə

Azərbaycanlı xilasedici zəlzələ bölgəsində xəsarət alıb – VİDEO

 

Türkiyəyə zəlzələ bölgəsinə ezam olunan azərbaycanlı xilasedicilərdən biri xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu, axtarış-xilasetmə əməliyyatı zamanı baş verib.

Belə ki, azərbaycanlı xilasedicinin ayağı texnikanın ehtiyatsız idarə edilməsinə görə betona sıxışıb və nəticədə sınıb.

Hazırda Kahramanmaraşda FHN-in səhra hospitalında müalicə olunan xilasedicinin durumunun yaxşı olduğu bildirilir.

Onu da əlavə edək ki, “CNN Türk” kanalı da səhra hospitalından süjet hazırlayıb. Süjetdə həmin xilasedicidən də bəhs edilib.

 

Oxşar xəbərlər

Ukrayna “Lukoyl”un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu.

admin

Müxtəlif şəxslərə borcu olub, ailəsi meyitin gətirilməsində kömək istəyir – TƏFƏRRÜAT / YENİLƏNDİ

redaktor

Türkiyədə turistləri daşıyan avtobus aşdı: 60-a yaxın yaralı var

redaktor