DünyaZəlzələdə dağılan binanın podratçıları Gürcüstana qaçarkən saxlanıldı 12 Fevral 2023 17:40Paylaş0 Türkiyənin Adıyaman şəhərində dağılan bir çox binanın podratçısı olduqları müəyyən edilən Yavuz Karakuş və Sevilay Karakuş saxlanılıb. Onlar Gürcüstana qaçmaq istəyərkən yaxalanıb. Podratçıların bu gün İstanbul Hava Limanının Beynəlxalq Terminalında şəxsiyyət yoxlaması zamanı saxlanıldığı bildirilir. Yavuz Karakuş və Sevilay Karakuşun üzərində 16 min dollardan çox pul olub./Qafqazinfo Tacxeber.com