Gündəm

ŞOK: Hatayda çökən binanın sütunları köpükdən düzəlib – VİDEO

Hatayın Antakya rayonunda Kahramanmaraş zəlzələsində dağılan iki binada köpükdən istifadə edilib.

Bu barədə “En son Haber” məlumat yayıb. Kahramanmaraş zəlzələsi Türkiyədə böyük dağıntılara səbəb olub.

7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra 10 əyalətdə böyük dağıntılar baş verib.

Dağıntılar altında qalan vətəndaşlar üçün axtarış-xilasetmə işləri gecə-gündüz davam edir.

Hataydan bir görüntüdə zəlzələ bölgəsində tikilən bəzi binaların prosedura uyğun tikilmədiyi görünür.

Antakyanın Odabaşı məhəlləsində sökülən Süleyman Mutlu və Firuz Mutlu adlı iki binanın daşıyıcı sütunlarının möhkəm olmadığı, binanın yarısının beton, yarısının isə köpük olduğu ortaya çıxıb.

Tacxeber.com

Oxşar xəbərlər

Riçard Murun MI6-dan ayrılması və ‘Səssiz Kuryer’ layihəsi bölgədə yeni mərhələnin başlanğıcıdır.

redaktor

“İlham Əliyevin yeni nömrəsini bilmirik, ola bilsin ki, dəyişib” – Video

redaktor

Fatimə Mövlamlı təcridxanadan yazır: “Xasiyyətnaməmdə müxalifyönümlü olmaq mənfi xüsusiyyət kimi göstərilib”

admin