28 C
Bakı
13 Avqust 2025 20:59
Cəmiyyət

Dəhşətli AİLƏ FACİƏSİ – Dağıntılar altında bir-birlərinə sarılmış vəziyyətdə tapıldılar / FOTOLAR

Ailəsi ilə birlikdə dağıntılar altında qalaraq dünyasını dəyişən Burak Firikin hekayəsi bütün dünyanı dərindən təsirləndirib.

Tacxeber.comxəbər verir ki, Nyu Yorkda yaşayan və Kahramanmaraşda baş vermiş zəlzələ nəticəsində həlak olan proqram mühəndisi Burak Firik bu şəhərə ürək əməliyyatı keçirən atasını görmək üçün gəlib.

35 yaşlı Firik, onun həyat yoldaşı Kimberli və iki azyaşlı uşağının cəsədi yerlə bir olmuş 5 mərtəbəli binanın dağıntıları arasında bir-birinə sarılmış vəziyyətdə tapılıb.

Kimberlinin bacısı Salma Salazar CNN-in yayımına qatılaraq 12 saat ümidlə gözlədiklərini, lakin ailədən heç kimin sağ qalmadığını bildirib.

Salma zəlzələdə bacısı Kimberli, yeznəsi Burak Firik, onun anası, həmçinin Firikin 2 yaşlı oğlu Həmzə və 1 yaşlı oğlu Bilalın həyatını itirdiyini deyib. Onun sözlərinə görə, ailənin sağ qalan yeganə üzvü ürək əməliyyatı olan atadır.   (Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

Nigar: ””Avroviziya”da pozğunluğun reklamı ən yüksək səviyyədə idi” – FOTO

admin

Bədənşəkilləndirmə əməliyyatı etmək günahdır? – İlahiyyatçı

redaktor

Bakıda pis qoxunun yayılması səbəbi: “COP-29 keçirirlər, amma heç nədən başları çıxmır”

admin