28 C
Bakı
12 Avqust 2025 18:59
Cəmiyyət

Doktor Tural Qəlbinur sitəm etdi: “Türkiyədən matəm vaxtı gəlib şərab səfası ilə əylənirlər”

 

Uzman oftalmoloq-cərrah Tural Qəlbinur Türkiyədəki zəlzələ ilə bağlı paylaşım edib.

O, sosial şəbəkə hesabında zəlzələ qədər sarsıdan bir hadisəni izləyiciləri ilə bölüşüb.

“Bu günlərdə hər birimiz pərişan şəkildə Türkiyədə olan faciəni izləyirik. Özümü onların yerində hiss edib dərindən sarsılıram, çünki mən bir övlad, qardaş, ata ən nəhayətində insanam. Xilasedicilərin daşın altından çıxartdıqları hər bir canlını gördükdə sanki orada olmuş kimi, onlarla birgə göz yaşı axıdırıq.12 fevrala qədər Türkiyədə rəsmi matəm elan olundu! Ancaq bu gün gördüyüm hadisə məni dərindən sarsıtdı. Bu qədər faciənin içərisində Türkiyədən Bakıya məlum konfrans keçirmək üçün “türk” göz həkimləri gəlib. Həm də şərab səfası ilə əylənərək şam yeməyi süfrəsinə oturublar. Sözün bitdiyi yerdir! Bir anda gözümün qabağına orada yaşanan hadisələr gəldi. İnsanlıq, türklük adına utandım!”, deyə T.Qəlbinur əlavə edib./Sfera.az

Tacxeber.com

Oxşar xəbərlər

Afaq Aslan, Fədayə, rus gözəli Aleksandra- Onların adları məşhur avtoritetlərlə hallanırdı…

admin

Qadınlar niyə təbii doğuşdan qaçırlar? – TƏHLÜKƏLİ SEÇİM QEYSƏRİYYƏ

redaktor

Qənirə Ataşovanı təhdid edirlər – Fotolar

redaktor