15 C
Bakı
30 Mart 2026 14:36
Gündəm

Zəlzələdən öncə çəkdiyi rəsm gündəm oldu – FOTO

 

Türkiyədə fevralın 6-sı baş vermiş dağıdıcı zəlzələdən sonra dağıntılar altında aparılan axtarış-xilasetmə işləri davam edir. Çıxarıla bilən hər bir sağ insan xilasedicilərə ümid olur. Lakin bəzən dağıntılar altında axtarış apararkən təəccüb doğuran mənzərə ilə də qarışılaşırlar.

“Qafqazinfo” xəbər verir ki, ötən gün dağıntılar altından 8 aylıq körpəni xilas edə bilən Umut Yıldız adlı şəxs eyni zamanda, bir rəsm də tapıb. Uşaq tərəfindən çəkilən rəsmdə zəlzələ zamanı tövsiyə edilən təhlükəsizlik hərəkətləri təsvir olunub.

Umut Yıldız sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, rəsmin sahibi hələ tapılmayıb: “Ümid edirəm, həyatdasan. Rəsmin məndədir, quzum. Sənə vermək üçün saxlayacağam”.

Fotoda Umut Yıldız

Tacxeber.com

 

Oxşar xəbərlər

Rusayada artıq xarici vətəndaşlar da hərbi xidmət də olacaqlar.

admin

Putin: “Ukraynada heç nə itirməmişik”

redaktor

Ukrayna kəşfiyyatının növbəti perfomansı: Moskvada Rusiya kəşfiyyatının əsas şeflərindən biri güllələnib

redaktor