24 C
Bakı
14 Avqust 2025 01:16
Dünya

Xilasedicilərimiz Türkiyədə dağıntılar altından 45 nəfəri sağ çıxardı – VİDEO

 

Azərbaycan xilasediciləri Türkiyədə 45 nəfəri dağıntılar altından sağ çıxarıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 45 nəfəri sağ, 269 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. (KONKRET.az)

Oxşar xəbərlər

“Google maps”lə yol gedən 3 nəfər körpüdən düşüb öldü – Video

redaktor

Rus general: Kimyəvi silah istehsalına başlamalıyıq

redaktor

Məsciddə dəhşətli partlayış: 20 nəfər öldü

redaktor